Çingiz Abdullayev “Neftçi”yə prezident təyin edildibackend

Çingiz Abdullayev “Neftçi”yə prezident təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat olacaq.

Bu barədə aznews.az saytı xəbər yayıb.

Sayt yazır ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də \”Neftçi\” S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ç.Abdullayevin kluba prezident təyin edilməsi bu ayın əvvəlindən bəlli idi.

İnterpress.az