Samboçumuzun Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandıbackend

Samboçumuzun Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev aznews.az-a açıqlamasında deyib.

O, Bəxtiyar Abbasovun himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyini, buna görə də oturduğunu vurğulayıb: “Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər”.

Qeyd edək ki, azərbaycanlı idmançı Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutub. 1-ci yeri isə Aşot Danielyan qazanıb. Qaliblərin mükafatlandırılması zamanı isə samboçu qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himni zamanı ayaq üstə dayanmayıb və oturub.

İnterpress.az