“Lubitz intihar meylləri əleyhinə müalicə olunub”backend

“Lubitz intihar meylləri əleyhinə müalicə olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəntiqlərin bildirdiyinə görə həmin müalicə xeyli müddət bundan əvvəlki dövrə təsadüf edib.

Andreas Lubitz təyyarəni şüurlu şəkildə dağlara çırpmaqda şübhəli sayılır.

Germanwings şirkəti təyyarəsinin Apl dağlarında qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub.

Düsseldor şəhərində rəsmilər indiyədək pilot Lubitzin şübhəli hərəkətlərinin motivlərinə dair heç bir sübut-dəlilin əldə edilmədiyini bildirirblər.

İndiyədək qurbanlardan 80-nin DNT izlərinın aşkar edildiyi bildirilib.

Düsseldor prokurorlarının sözçüsü Ralf Herrenbrueck Andreas Lubitzin psixoterapiya müalicə kursu aldığını bildirərək, tibbi arxivdə \”intihar meyllərilə bağlı qeydlərin edildiyini\”, lakin bunun Lubitzin pilot olmasından xeyli əvvəl baş verdiyini deyib.

Sözçünün təbirincə, Lubitz piplot lisenziyası alandan sonra, sənədlər onun belə müalicə keçmədiyini göstərib, və Lubitzin qəza zamanı intihar etdiyini təsdiq edən dəlil-sübut yoxdur.

Ralf Herrenbrueck deyib ki, indiyədək Lubitzin \”şəxsi və peşəkar həyatında onun etdiyi hərəkətin motivləri barədə nəsə deməyə əsas verən heç bir dəlil-sübut\” aşkar edilməyib.

Bəzi məlumatlara görə, Lubitzin görmə qabiliyyətində problem olub, belə ki, o, gözündəki tor qişasının ayrılmasından əziyyət çəkib.

Sənədlərdə Lubitz-in \”orqanik xəstəliklərdən\” əziyyət çəkdiyini düşünməyə əsas verən nəsə tapılmayıb, Ralf Herrenbrueck qeyd edib.

Bu arada Lufthansa şirkətinin yüksək rütbəli rəsmisi Kay Kratky xəbərdarlıq edib ki, təyyarənin yoxa çıxmış yazı cihazının ciddi zədələndiyi istisna olunmur.
Onun təbirincə, bu səbəbdən cihazdan siqnallar çıxmaya da bilər.

İndiyədək hadisə yerində yalnız pilot kabinəsində səsləri yazan qurğu aşkar edilib.

Pis hava şəraiti qəza baş vermiş ərazidə helikopterler vasitəsilə axtarış işlərinin aparılmasını əngəlləyib.

Almaniya prokurorları bildiriblər ki, Alp dağlarında qəzaya uğramış təyyarənin ikinci pilotu Andreas Lubitz əzab çəkdiyi xəstəliyin təfərrüatlarını şirkət rəhbərliyindən gizlədirmiş.

Onlar həmçinin deyiblər ki, pilotun hərəkətlərinin arxasında dini və ya siyasi motivlərin durduğunu göstərən dəlillər yoxdur, həmçinin o heç bir intihar məktubu qoymayıb.

Fransa rəsmilərinə əsasən çərşənbə axşamı qəzaya uğramış Germanwings təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb. Belə görünür ki, o təyyarəni \”məhv etmək istəyib\”, rəsmilər bildirir.

Daha əvvəl xəbərlərdə deyilmişdi ki, Fransanın Alp dağları üzərində qəzaya uğramış Airbus 320 təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilitlənmiş qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib.

Marsel şəhərinin prokuroru hadisə vaxtı ikinci pilotun kabinədə tək olduğunu bildirib.

Brice Robinin sözlərinə görə kapitan kabinəyə daxil olmağa çalışarkən \”pilot kabinəsində tam süküt\” və ikinci pilot bilərəkdən enişə başlayıb.

Martın 24-də 4U 9525 reysilə Barselonadan Düsseldorfa yollanan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 150 adam həlak olub.

Fransalı prokuror ikinci pilot – Andreas Lubitz-in – son ana kimi sağ qaldığını bildirib.

Çərşənbə günü hadisə yerində iki “qara qutudan” biri aşkar olunub.

Onun sözlərinə görə, sərnişinlər \”ən son anadək\” qəza barədə bixəbər olublar.

Germanwings şirkətinə məxsus təyyarə sərnişinləri arasında o cümlədən Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğunu bildirilib.

Lufthansa şirkətinin rəhbəri Carsten Spohr intensiv təlim keçən pilotun “uçuşa 100 faiz” hazır olduğunu və onu “dəhşətli addım”a sövq edən motivlər barədə heç bir izahata malik olmadığını deyib.

Carsten Spohr deyib ki, 6 il əvvəl Lubitz-in təlimləri qısa müddətə dayandırılsa da \”namizədin uyğunluğunun yenidən təsdiqlənməsi\” ardınca bərpa olmuşdur.

Pilot kabinəsini tərk etmiş pilotlardan biri bağlı qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib, New York Times qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən prokurorun açıqlamasından əvvəl yayımalanan məlumatında bildirib.

Uçuşun audio yazısını təhlil edən təhqiqatçı bildirib ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.

\”Bayırdakı kişi qapını döyür amma cavab yoxdur, – audio yazını təsvir edən təhqiqatçı deyib. – Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar\”.

Cümə axşamı təhqiqata yaxın olan daha bir mənbə vəziyyətin bənzər təsvirilə AFP agentliyilə bölüşüb.

Germanwings Almaniyanın Lufthansa şirkətinə məxsusdur.

İnterpress.az