İki uşaq anası intihar edibbackend

İki uşaq anası intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Şəhər Polis İdarəsindən verilən xəbərə görə, hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Şəhanə Vəli qızı Salahova yaşadığı evin eyvanında özünü asaraq intihar edib. Mərhumun cənazəsi ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

Şəki Şəhər Polis Şöbəsindən verilən məlumata görə, Şəhanə Salahova iki azyaşlı övlad anasıdır.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az