Batan gəminin böyük sirri – VİDEObackend

Batan gəminin böyük sirri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, İtaliya mətbuatı mafioz qruplaşmalar arasındakı danışıqların səs yazısını əldə edib. Danışıqlardan aydın olub ki, qəzaya uğrayan gəmidə daşınan kokaini daha sonra tapmaq mümkün olmayıb.

Qeyd edək ki, gəmi 2012-ci il yanvarın 13-də qəzaya uğrayıb. Hadisə nəticəsində gəminin bortundakı 4200 nəfərdən 32 nəfəri həlak olub. Qəzanın nəticələrinin aradan qaldırılmasına 2 ildən çox vaxt və 1 milyard avro sərf edilib.

Gəminin kapitanı Fraçesko Skettino 16 il azadlıqdan məhrum olunub. Onun məhkəməsi 3 il davam edib. Məhkəmə onu 32 nəfərin ölümündə təqsirkar bilib.

Gəmidə daşınan narkotikin “Ndranqeta” qruplaşmasına aid olduğu bildirilir. Bu qruplaşma İtaliyada ən nüfuzlu və varlı cinayətkar qruplaşmadır. Qruplaşmanın əsas fəaliyyəti narkotik satışıdır.


İnterpress.az