Azərbaycanın bütün ərazilərində yağıntı qeydə alınıbbackend

Azərbaycanın bütün ərazilərində yağıntı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəldən də xəbər verildiyi kimi, martın 30-dan martın 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

Azərbaycanın bütün ərazilərində yağıntı qeydə alınıb. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağıb.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 8 sm, Gədəbəydə 4 sm, Göygölün dağlıq ərazilərində 3 sm, Sarıbaşda 2 sm, Şəkinin dağlıq ərazisi olan Kişçayda 1 sm olub.

Azərbaycanın əksər ərazilərində – Bakı və Abşeron yarımadasında, Lənkəran-Astara, və digər yerlərdə isə yağış yağıb. Bakıda və Abşeronda yağışlar bəzi saatlarda sulu qarla əvəz olunub.

İnterpress.az