Müdafiə Nazirliyi erməni yalanlarına təəccüblənmirbackend

Müdafiə Nazirliyi erməni yalanlarına təəccüblənmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin mətbuat xidməti bəyan edib ki, yeri gəldi-gəlmədi beynəlxalq qanunlara hörmətdən dəm vuran erməni tərəfi əgər azacıq da olsa, beynəlxalq hüquq normalarına hörmətlə yanaşırsa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq, işğal etdiyi Azərbaycan torpaqlarını tez bir zamanda, qeyd-şərtsiz tərk etməlidir: \”Azərbaycan torpaqlarının 20 faizini işğal etməyi, Xocalıda və digər rayonlarda dinc sakinlərə, əli silahsız insanlara amansız divan tutmağı ermənilər hansı beynəlxalq qanunlara uyğun ediblərsə, Azərbaycan tərəfi də həmin qanunlara uyğun olaraq könüllü biz tərəfə keçmiş erməni hərbi qulluqçu ilə çay süfrəsi arxasında söhbət edə və xatirə fotosu çəkdirə bilər\”.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfinin ciddi itkilər verməsi ilə bağlı açıqlamasını təkzib edib. Eyni zamanda iddia olunub ki, könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryana münasibətdə beynəlxalq konvensiyalar pozulub.

İnterpress.az