Yəqin ki, çoxlarınız filmdə bu kadrlara baxarkən vəfalı itin öz sahibinə olan sevgisi qarşısında göz yaşlarınızı saxlaya bilməmisiniz. Elə Hatikodan geri qalmayan Zozo adlı it də vəfası ilə dillərə dastan olmağı bacarıb. Türkiyənin Ordu şəhərində baş verən hadisə hər kəsi heyrətləndirir. Sahibinin ölümü ilə barışmayan Zozo hər gün onun məzarına baş çəkir.
İsmail Öztürk adlı şəxs Zozo adı verdiyi iti hələ bir neçə aylıqkən yoldan taparaq evinə gətirib, qulluğunda durub. Bir əvvəl İsmail Öztürk dünyasını dəyişib. O vaxtdan indiyə qədər Zozo hər gün sahibinin məzarı başına gələrərk vaxtının əksər hissəsini orda keçirir.
Aylar keçməsinə baxmayaraq, itin öz sahibini unutmaması və bu cür sədaqət nümayiş etdirməsi bu mənzərəni izləyən hər kəsi duyğulandırır.(atv.az)
İnterpress.azhttps://youtube.com/watch?v=H_cYxXcVj2w