Son əməliyyat nəticəsində İŞİD-in 40 əcnəbi döyüşçüsü məhv edilib ki, onların da hamısı digər ərəb ölkələrinin vətəndaşlarıdır.
Bu əməliyyat İraq ordusu üçün də itkisiz ötüşməyib. Tikritdə İŞİD-in əsas mövqelərindən olan xəstəxana yaxınlığında dörd partlayıcı qurğunun işə düşməsi nəticəsində 9 hərbçi həlak olub, 3-ü yaralanıb. Ordu qüvvələri xəstəxana binasını tutub.
Hazırda Tikritin mərkəzində hərbi əməliyyatların davam etdiyi bildirilir.
İnterpress.az