İrtica qanunun müəllifinə qarşı plagiat ittihamıbackend

İrtica qanunun müəllifinə qarşı plagiat ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli mətbuat bu il martın 11-də Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edən V. Buayenin müvafiq bilgilərin hamısını internetdən, “Wikipedia”dan götürdüyünü iddia edib.

Fransanın aparıcı KİV-ləri deputatın “plagiat” cəhdini foto və linklərlə sübut ediblər.

Qeyd edək ki, bu il martın 11-də “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi V. Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edib. Qanun layihəsində “Pontik yunanların soyqırımı”, “1916-cı ilin Says Piko sazişi və Diyarbəkir qətliamları” və “1923-cü il Lozanna sazişi” kimi məsələlər yer alıb. (apa)

İnterpress.az