İran nüvə danışıqları yekun mərhələyə keçibbackend

İran nüvə danışıqları yekun mərhələyə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danışıqların son mərhələsi bazar ertəsi ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Çin xarici işlər nazirlərinin Lozannada İranın XİN rəhbəri ilə görüşdən başlanıb.
İşlənib hazırlanmaqda olan razılaşmanın məğzini İranda nüvə silahı istehsal etmək üçün kifayət qədər material istehsal olunmayacağının qarantiyası təşkil edir.
Uranı zənginləşdirməkdən imtina etmək öhdəliyi müqabilində Tehran üzərindən daha ağır təsirli beynəlxalq iqtisadi sanksiyalar götürülə bilər.

Tərəflər uranın zənginləşdirilməsində istifadə olunan sentrifuqaların sayının məhdudlaşdırılması məsələsi üzrə eləcə də tibbi təhqiqatlar üçün lazım olan radioaktiv materialların hasil edilməsinə dair mümkün kompromisləri müzakirə edirlər.

Hazırlanmaqda olan razılaşma üzrə nəzərdə tutulan məhdudiyyətlər 10 il müddətində qüvvədə ola bilər və İranın nüvə obyektlərinin təftişinə aid hissəsində sərt tədbirlər ehtiva edə bilər.

Çin xarici işlər naziri Wang Yi razılıq əldə ediləcəyi ehtimalına dair ehtiyatlı nikbinlik yaşadığını bəyan edib

BMT Təhlükəsizlik Şurasının beş üzvü plyus Almaniya formatında (5+1) keçən danışıqlarda Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Federica Mogherini də iştirak edir.

Çin xarici işlər naziri Wang Yi bazar ertəsi danışıqların yekun mərhələyə qədəm qoyduğunu və razılıq əldə ediləcəyi ehtimalına dair ehtiyatlı nikbinlik yaşadığını bəyan edib. Onun sözlərinə görə, tərəflərin mövqelərində mövcud olan təfavütlər azalır.

Razılaşmanın siyasi aspektləri haqqında çərçivə sazişi çərşənbə axşamı gününədək əldə edilərsə, İranla geniş əhatəli sazişin imzalanması tarixi iyunun 30 elan edilib.
İran televiziyasında çıxış edən Lozanna danışıqlarında İran nümayəndə heyətinin üzvü Abbas Arakçı razılıq əldə ediləcəyində ümidli olduğunu bəyan edib.
Fikir ayrılıqları üç əsas sahədə mövcuddur:

Məhdudiyyətlərin qüvvədə qalması müddəti – uranın zənginləşdirilməsi üzrə işlər ən azı 10 il müddətinə məhdudlaşdırılmalıdır. Tehran bundan sonra bütün məhdudiyyətlərin ləğv olunmasına çalışır. Böyük altılar hesab edirlər ki, məhdudiyyətlər mərhələ-mərhələ gələcək 5 il ərzində ləğv edilməlidir.

Sanksiyaların ləğv olunması – İran BMT sanksiyalarının razılıq əldə edildikdən az sonra ləğv edilməsini istəyir. Dünyanın altı nüfuzlu dövləti mərhələli ləğv olunmanın tərəfdarı olaraq, İran üzərində nüvə texnologiyaları idxal etmək məhdudiyyətinin qüvvədə qalmasını istəyirlər.

Razaılaşmaların yerinə yetirilməməsi – ABŞ-la onun avropalı müttəfiqləri İran tərəfindən razılaşmanın yerinə yetirilmədiyi təqdirdə, ləğv olunmuş sanksiyaların tez bir vaxtda bərpa edilməsinə imkan verən mexanizm yaratmağı təklif edirlər. Rusiya bu məsələyə ehtiyatlı yanaşır və öz veto hüququnun qorunub saxlanmasını istəyir.
Bundan başqa, İran nümayəndə heyətinin rəhbəri “altıların” tələb etdiyi kimi hasil edilmiş nüvə yanacağının artıq mövcud olan ehtiyatının xaricə göndərilməsi ehtimalını istisna edib.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə İranla sövdələşməyə dair ehtiyatlı olmağa çağırıb. O, sövdələşmə baş tutsa, İranın öz təcavüzkar siyasətinin bəhrəsindən faydalanacağını bəyan edib.

İnterpress.az