“İranla sazişin imzalanması müddəti uzadılıb”backend

“İranla sazişin imzalanması müddəti uzadılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya bu danışıqlarda İranın nüvə silahı istehsalına can atmayacağı barədə öhdəlik götürməsinə çalışsalar da, bu, alınmayıb. İştirakçı ölkələrin xarici işlər nazirlərinin bu gün ümumi bəyanat verəcəkləri gözlənilir.

ABŞ nümayəndələri deyiblər ki, sazişin imzalanması üçün son möhlət martın 31-də başa çatsa da, müddət aprelin 1-dək uzadılıb.

İsveçrənin Lozanna şəhərində qapalı keçirilən danışıqlarda ümumi əhval-ruhiyyənin xoş olduğu, tərəflərin sazişə çox yaxın olduğu, hətta anlaşma çərçivəsi üzərində işlənildiyi bildirilir.

Xatırladaq ki, İranla Qərb arasında Tehranın nüvə proqramına dair yekun sənəd bu il iyunun 30-dək imzalanmalıdır.

İnterpress.az