V.Karpin isveçrəli Bernar Şallandın istefaya göndərilməsindən sonra boş qalmış Ermənistan milli komandasının baş məşqçisi postuna bir nömrəli namizəddir. Bu ilin fevralında İspaniyanın \”Malyorka\” klubunu tərk etmiş 46 yaşlı V.Karpin bu günlərdə İrəvana gəlib, Ermənistan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
Bundan əvvəl komanda qarşısında qoyulan Avro-2016-ya vəsiqə qazanmaq vəzifəsi yerinə yetirilmədiyindən, çox güman ki, V.Karpinlə müqavilə Rusiya-2018 üçün nəzərdə tutulur.
Xatırladaq ki, B.Şalland Avro-2016 seçmə oyunlarında Albaniya yığmasına (1:2) məğlubiyyətdən sonra istefa verib. Ermənistan yığması Avropa çempionatının seçmə oyunlarında 4 turda cəmi 1 xal toplayıb və 1-ci qrupda sonuncu yeri tutur.
İnterpress.az