Məlumata görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.
Təlimlərdə Azərbaycan dörd ədəd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edir.
Martın 30-da başlayan təlimlər aprelin 10-a qədər davam edəcək.
İnterpress.az