Bu barədə məlumatı fələstinli rəsmilər və fəallar veriblər.
Xəbər verilir ki, düşərgənin böyük bir hissəsini zəbt etmiş İŞİD döyüşçüləri ilə düşərgədəki qruplar arasında toqquşma baş verib.
BMT-nin məlumatına görə düşərgədə 18 minədək fələstinli var.
İlk dəfə 1948-ci ildə İsrail-Ərəb müharibəsinin ardınca salınmış “Yarmuk” düşərgəsi əslində Fələstin diasporasının qeyri-rəsmi paytaxtı sayılır.
Suriya müharibəsindən əvvəl bu düşərgədə 150 min insan yaşayırdı. Düşərgənin öz məsçidləri, məktəbləri və inzibati binaları var.
İnterpress.az