Hadisə \”Atəşgah\” dairəsində baş verib.
\”Lada Priora\” markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşın qatara çırpılıb. Hadisə nəticəsində sürücü Xeyirbəyov Akif Namaz oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az