\”PaşaBank\”ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib. Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun \”Sənayenin planlaşdırılması\” fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin \”Biznesin administrasiyası\” fakultəsini bitirib. 03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb. 10.2003-06.2005-ci illərdə QSC \”Bank Standard\” KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 07.2005-03.2007-ci illərdə \”F.T.F\” MMC-nin Direktoru vəzifəsində çalışıb. 30.06.2007-ci il tarixdən isə \”PAŞA Bank\” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır. \”Unibank\”ın icraçı direktoru Cəlal Qasımov isə \”PaşaBank\”ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. ( qafqazinfo.az )
İnterpress.az