Təhsil naziri müəllimlərin maaşından danışdıbackend

Təhsil naziri müəllimlərin maaşından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, artım faizi və nisbəti hər bir müəllim üçün fərdi qaydada tətbiq olunub.

Onun sözlərinə görə, bu, onların iş stajından və dərs yükündən asılıdır: “Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də direktorlara məsələ ilə bağlı əlavə məlumatlar verilib. Hətta bu məqsədlə işçi qrupu formalaşıb. Onlar yerlərdə görüşlər keçirir”.

Konkret rəqəmə gəldikdə, M.Cabbarov qeyd edib ki, hər bir müəllim üçün bu rəqəm fərqlidir. Onun sözlərinə görə, lakin əksər müəllimlər üçün əməkhaqqı artımı 20-30 faiz civarındadır: “Bundan daha artıq və az alan müəllim də ola bilər. Bu da iki səbəblə əlaqəlidir. Birincisi, müəllimlərin iş stajı və dərs yükü, ikincisi isə ölkənin gəlir vergisi sistemi ilə əlaqədardır. Çünki artırılmış maaşdan əlavə olaraq hər bir vətəndaşa fərqli gəlir vergisi dərəcəsi tətbiq oluna bilər. Ona görə də burada belə yanaşma olmamalıdır ki, hər bir müəllimə eyni şəkildə artım tətbiq olunub. Eyni staj və dərs yükü ilə çalışan müəllimlərdə təbii ki, artımlar da eyni olacaq”.

Ümumi artıma gəlincə, təhsil naziri vurğulayıb ki, bu, prezidentin müvafiq sərəncamı ilə müəyyən edilib. Belə ki, dərs yükü norması 1,5 dəfə, əməkhaqları isə orta hesabla iki dəfə artırılıb.

İnterpress.az