Diosa “Playboy” jurnalının səhifələrində tez-tez görünür, amma bu yaxınlarda az qala əsas gəlir mənbəyi olan sinəsindən məhrum olacaqdı. Model pilonda akrobatik hərəkət yerinə yetirərkən yıxılıb. Süni süd vəziləri zərbəni yumşaltsa da, əgər bu “təhlükəsizlik yastıqları” olmasaydı nəticələr daha ağır ola bilərdi.
“Seks-bomba”nı təcili surətdə əməliyyat ediblər, aldığı dərsə baxmayaraq model yenidən sinəsinə silikon qoyulmasını istəyib. Hal-hazırda o, klinikadadır və mütəmadi olaraq vəziyyətini sosial şəbəkələrdə təsvir edir, bununla yanaşı xəstəxana otağında çəkilmiş yeni şəkillərini qoymağı da yaddan çıxarmır.
“Həkimim çox sağ olsun. Artıq sağalıram. Bərpa üçün bir gün daha – əsl meditasiya və relaksasiya zamanıdır. Dəstək üçün hamıya təşəkkür edirəm. Sizi sevirəm”, – model öz mikro bloqunda yazıb.
Qeyd edək ki, Diosa Kanales Amerikada – öz vətənində populyardır. O, aktiv virtual həyatı və şüvüldə məşqləri ilə bir ordu pərəstişkar qazanıb. Onun \”İnstagram\”, \”Twitter\” və digər sosial şəbəkələrdə milyondan artıq izləyicisi var.
İnterpress.az