AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələr olmayacaqbackend

AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələr olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, aprelin 20-24-də keçiriləcək yaz sessiyasında Azərbaycanla bağlı məruzə və müzakirə olmayacaq.

S.Seyidov deyib ki, ilk qaldırılacaq məsələ işğalçı Ermənistanın son zamanlar apardığı provokasiya əməliyyatları və cəbhədə sakitliyin pozulması olacaq: \”Həm komitə iclaslarında, həm də yaz sessiyasında bizi narahat edən mövzu Dağlıq Qarabağla bağlı məsələləri gündəmdə saxlamaqdır. Azərbaycanlı girovların hələ də azad olunmaması və cəbhə bölgəsində sakitliyin Ermənistan tərəfindən pozulmasını daim diqqətə çatdırırıq. Dağlıq Qarabağla birgə işğal olunmuş yeddi rayondakı vəziyyətlə bağlı məruzəçinin fəaliyyətinə təkan vermək istiqamətində də işlər gedir\”.

Qeyd edək ki, AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski martın 2-də Azərbaycanda səfərdə olublar.

İnterpress.az