12 saatdan çox sürən axtarış-xilasetmə tədbirləri nəticəsində 63 nəfər xilas edilib.
Xilas edilən dənizçilərin vəziyyəti ağırdır. Həmçinin 13 nəfərin taleyinin hələlik naməlum qaldığı bildirilir.
Qeyd edək ki, Oxot dənizində gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.
Gəminin heyəti arasında 7 nəfər azərbaycanlı da olub. Onlardan artıq 4 nəfər xilas olunub.
İnterpress.az