İnterpress.az xəbər verir ki, əldə edilən razılaşmanın dünya təhlükəsizliyi üçün olduqca vacib amil adlandıran Obama narahatlığını da dilə gətirib. Xüsusilə İranın terroru dəstəkləməsi və İsrailin ünvaına səsləndirilən hədələrdən vaz keçməməsinin narahatverici olduğunu bildirib.
Xatırladaq ki, aprelin 2-də İran və “altılıq” ölkələri (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilib.
Tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılmasına dair razılıq əldə ediblər. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcəklər.
İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.
İnterpress.az