Sınaq imtahanı keçirilirbackend

Sınaq imtahanı keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayır.

İlk sınaq imtahanı Respublikanın 29 şəhər və rayonunda ümumilikdə 61 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün 48343 abituriyent qeydiyyatdan keçib.

Komitənin yaydığı məlumatda bildirilib ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və \”İmtahana buraxılış vərəqəsi\” əsasında həyata keçiriləcək.

Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

İnterpress.az