Pasxa bayramı ilə bağlı çıxışında Roma Papası İranın mübahisəli nüvə proqramının dinc məqsədlərə yönəlməsi müqabilində sanksiyaların dayandırılmasını nəzərdə tutan sazişin dünyada sülhə və əmin-amanlığa töhfə verəcəyini bildirib.
Roma Papası Keniyada tələbə yataqxanasına hücumu və Liviyadakı zorakılıqları da pisləyib.
Qeyd edək ki, aprelin 2-də İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub.
İnterpress.az