İnterpress.az xarici mətbuata istinadən bildirir ki, onlar ölkədə terror aktı törətməyə hazırlaşmaqda ittiham edilir. Polisin nümayəndəsi Xalid Əbu Bakarın sözlərinə görə, saxlananlar arasında Suriyadan yeni qayıtmış 2 nəfər də var.
Qeyd edək ki, hökumət ölkədə terror təhlükəsinin artmasından narahat olaraq, antiterror fəaliyyəti haqqında qanun layihəsini parlamentə təqdim edib.
Qanun layihəsi ekstremizmdə günahlandırılan şəxsi məhkəmə qərarı olmadan 2 ilə qədər həbs etməyə imkan verir. Sənəd qəbul ediləcəyi təqdirdə xarici vətəndaşlara da şamil ediləcək.
İnterpress.az