İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 77 ildir Atatürkün zəhərlənməsi barədə dolaşan xəbərlər təsdiqini tapır. Belə ki, 57 yaşında vəfat edən Atatürkün zəhərlənməsi zaman-zaman müzakirə edilsə də, sadəcə müzakirələrlə yekunlaşıb.
Son olaraq baş nazir Bülent Ecevitin həkimi Mücahit Pehlivan Atatürkün zəhərləndiyini bildirərək məzarın açılmasını tələb edib.
Ötən həftə Fəthullah Gülənin 1960-1970-ci illərdəki əlaqələrini ortaya çıxaran “Yeni Şafak” isə “Atatürkə yönəlik suiqəsd” deyə yazıb.
Türkiyənin 2-ci prezidenti İsmet İnönü, CHP baş katibi Kasım Gülek, daxili işlər nazirləri Şükrü Kaya və Hıfzı Oğuz Bekatanın yazışmaları ciddi müzakirə mövzusu olacaq.
İlk sənəd daxili işlər naziri Şükrü Kayanın 1938-ci ildə, Atatürkün ölümündən 4,5 ay əvvəl İsmet İnönüyə yazdığı məktubdur.
Məktubda \”Həkimin öz vəzifəsinin öhdəsindən bacarıqla gəldiyi düşüncəsindəyəm” deyə yazılıb. Daha sonra “Hər şey yolundadır. Sizi prezident görmək niyyətindəyik” deyə məktubda bildirilir.
Məktuba görə, Atatürk doktorlardan şübhələndiyi üçün əcnəbi həkimləri özündən uzaqlaşdırır və “Məni türk doktorlara əmanət edin” deyə təlimat verib.
Şükrü Kaya isə İnönüyə yazdığı məktubda Atatürükün yanına yerləşdirilən doktorun öz vəzifəsinin öhdəsindən bacarıqla gəldiyindən xəbər verir.
İkinci sənədi isə CHP baş katibi Kasım Gülek 1959-cu ildə Hıfzı Oğuz Bekataya göndərib. Həmin məktubda Atatürkün zəhərlənməsi barədə hesabatların başqaları ilə paylaşmasndan narahatlıq ifadə edilir: “Bu məsələ səni də, məni də aşar. Altından çıxa bilmərik”.
İnterpress.az