Konqresin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, məktubda Cəmil Rüstəmxanlıya yeni vəzifəsində və ictimai-siyasi fəaliyyətində uğurlar arzulanıb.
Xatırladaq ki, Cəmil Rüstəmxanlı 2013-cü ildən etibarən Beniluks Azərbaycanlılar Konqresinin Bakıdakı Daimi Təmsilçiliyinin rəhbəri vəzifəsini icra edir.
Cəmil Rüstəmxanlının rəhbərlik etdiyi Konqresin Baki ofisi Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiyasında, Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin Avropa məkanında və dünyada yayılmasında əhəmiyyətli rol oynayır.
Beniluks Azərbaycanlılar Konqresinin rəhbərliyi Cəmil Rüstəmxanlının bundan sonrakı fəaliyyətinde də yüksək nəticələr əldə edəcəyinə əminliyini ifadə edib və ona uğurlar arzulayıb.
İnterpress.az