İnterpress.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu yenidən Likud partiyasının rəhbəri seçilib. İsrail radiosunun xəbərinə görə, Netanyahu partiya daxili seçimdə səslərin 75%-ni toplayıb.
Onun rəqibi Danni Danon isə səslərin 19%-ni qazanıb. Səs verənlərin isə 6%-i isə bitərəf qalıb.
Partiya daxili seçkilərdə 2015-ci il martın 17-də İsraildə keçirilməsi planlaşdırılan parlament seçkilərinə namizədlər də müəyyən olunub.
İnterpress.az