İnterpress.az xəbər verir ki, buna səbəb türk hərbçilərinin Əfqanıstanda hərbçi və polisə təlim keçməsidir. 48 ölkədən 44-ü öz hərbçilərini tamamilə Əfqanıstandan çıxarıb. 1 il əvvələ qədər bu ölkədə 140 min əcnəbi hərbçi xidmət keçib. 2014-cü ilin dekabrında bu say azalaraq 35 minə düşüb. Bu ilin dekabrına qədər Əfqanıstanda 367 türk əsgəri xidmət keçdiyi halda, hazırda bu say 1000-ə yaxındır. Türkiyənin hərbçi sayını artırmasına səbəb əfqan hərbçi və polislərin təlim prosesinə cəlb edilməsidir. Türk əsgərləri Kabildəki Tədris, Yardım və Məsləhət Komandanlığı vasitəsilə müxətlif nazirliklərdə müşavir olacaq.
Hərbi lisey, hərbi məktəb, Müdafiə Univrsiteti, hərbi kollecdə də türk əsgərləri tədrisə cəlb olunacaq. Kabil Beynəlxalq Hava Limanının işlədilməsi də Türkiyəyə həvalə olunub. General Mehmet Cahit Bakır hava limanının yeni komandanı olub.
İnterpress.az