Təyyarə və qatarlar Rusiyaya boş qayıdırbackend

Təyyarə və qatarlar Rusiyaya boş qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qırğızıstan və Ukrayna vətəndaşlarından başqa digər ölkələrin vətəndaşları ölkəyə xarici pasportla gələcək. Bundan başqa qazanc üçün gələnlər mütləq işləmək üçün patent almalıdır. Federal Miqrasiya Xidmətinin məlumatına görə, hazırda ölkədə qanuni əsaslarla 3,5 milyon əcnəbi çalışır. Onların bir çoxu yeni ili qeyd etmək üçün ölkələrinə gedib. Ancaq təyyarə və qatarlar hələlik ölkəyə yarıboş qayıdır. Qırğızıstan və Ukraynadan başqa vizasız gediş-gəlişin tətbiq olunduğu ölkələrdən heç birinin sakini xarici pasport olmadan Rusiyaya giriş edə bilməz. Tacikistan vətəndaşları səfirlik vasitəsilə xarici pasport ala bilərlər. Rusiyada yarım il ərzində ancaq 90 gün müddətində əmək patenti olmadan qalmaq mümkündür. Patent almağı gecikdirənləri isə 10 min rubldan 15 min rubladək cərimə gözləyir. 10 aydan artıq gecikən şəxsləri cərimə ilə yanaşı 10 il müddətinə giriş qadağası da gözləyir.

Yanvarın 1-dən etibarən miqrantlar üçün imtahanlarda da dəyişiklik edilib. Onlar indi rus dilindən başqa Rusiya tarixi və qanunvericiliklə bağlı da sualları cavablandırmalıdır.

İnterpress.az