Əmlakı əlindən alındı Ürəyi partlayıb öldü-Cinayətkarlar isə Cəzasız qalıb-VİDEObackend

Əmlakı əlindən alındı Ürəyi partlayıb öldü-Cinayətkarlar isə Cəzasız qalıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nurullayeva Sodər bildirir ki, Şəki rayon sakini Məmmədov Razil Yusif oğlu onları aldadaraq dəladuzluq yolu ilə oğlu Nurullayev Sadiqə məxsus mülkü ələ keçirib və satb.

Bu barədə İnterpress.az-a Şəki rayon sakini Nurullayeva Sodər tərəfindən şikayyət daxil olub.
\”Məmmədov Razi Yusif oğlu və Şəki rayon sakini erməni əsilli Abbasov Ruslan Xalid oğlu əlbir olaraq oğluma məxsus Zakatala rayonunda yerləşən qum-çınqıl istehsal olunan karxananı və orada olan bütün avadanlıqı və texnikanı sataraq oğlumu müflis vəziyyətə qoymuşdur. Oğlum Nurullayev Sadiq dəfələrlə onlarla görüşüb öz haqqını tələb etsədə ayrı-ayrı banələrlə vaxtı uzatmış lakin borcunu verməmişdir. Məmmədov Razi və Abbasov Ruslanın ucbatından oğlum ürək xəstəliyi tapdı müalicə oluna bilmədiyi üçün xəstəliyi dahada ağırlaşdı və oğlum vəfat etdi. Hadisədən bir neçə il keçsədə Razil bizə olan borcundan bir manatda verməmişdir.
Oğlum Məmmədov Sadiq Razil tərəfindən aldandığı üçün Daxili İşlər Nazirliyinə 2016-cı ildə müraciət etmişdir. Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə yazdığı ərizədə Razilin onu dələduzluqla aldadıb satmış olduğu avadanlıq və texnikaların siyahısı göstərmişdir.Hüquq mühafizə orqanları bizim şikayyətimizə baxmırlar ona görədə
Cənab Prezidentimiz İlham Əliyevdən Birinci Vitse Prezidentimiz Mehriban xanımdan xahiş edirəm oğlumu aldadaraq əmlakını ələ kecirib olümünə səbəb olan ailəmizi pis günə qoyan cinayətkar dəstənin tezliklə cəzalanması üçün tapşırıq versinlər.\”

İnterpress.az olaraq məsələni diqqətdə saxlayacağıq.
Adı çəkilən şəxslərin və qrumların mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az