Evindən ölü tapılan xalq artistimizin yaşadığı binadan REPORTAJ – FOTOLARbackend

Evindən ölü tapılan xalq artistimizin yaşadığı binadan REPORTAJ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Milli.Az əməkdaşı aktrisanın yaşadığı ünvanda olub və binanın fotolarını çəkib. Bina nəzarətçisi aktrisanın evdə olub-olmadığını işıqların yanması ilə təyin etdiyini bildirib:

\”Zərnigar xanım qapalı həyat tərzi keçirirdi. Biz indiyə kimi heç vaxt onun qapısına getməmişik. O, bu binanın 3-cü mərtəbəsində yaşayırdı. Evdə olub-olmamasını işıqların yanıb-sönməsi ilə təyin edirdik. Kommunal borcları da 2 ay əvvəldən ödəyirdi ki, qapısına getməyək. Dünən gördüm ki, mənzilinin işıqları yanmır. Qapısına getdik, döydük açmadı. Artıq gec idi, ürək tutmasından keçinmişdi\”.

Aktrisanın qonşuları da ondan xəbərsiz olublar:

\”Zərnigar xanım böyük sənətkar idi. Təkcə biz bilirdik ki, o, bu binada yaşayır. Bizimlə əlaqəsi yox idi, amma yaxşı insan idi. Qış ayı olanda, demək olar ki, həyətə çıxmırdı. Həyətə çıxanda isə salamlaşıb, görüşürdü. Sənət yoldaşlarından təkcə Məleykə Əsədovanı yanına gələn görmüşük. O da axır vaxtlar gəlmirdi. Bu da, yəqin ki, Zərnigar xanımın xasiyyətindən irəli gəlirdi. O, hətta qohumlarını da evinə buraxmırdı\”.

Aktrisa elə sonuncu dəfə ad günü ərəfəsində danışmışdı:

\”3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim. Buna mənim nə səhhətim imkan verir, nə də özüm istəyirəm. Hətta həmkarlarım da mənimlə görüşmək istəyir. Onlar üçün də qapım bağlıdır. Xasiyyətimi bilib nə zəng edirlər, nə də evimə gəlirlər. Noyabrın 6-da ad günümdür, amma heç o əhval-ruhiyyədə də deyiləm\”.

Zərnigar Ağakişiyevanın 4 divar arxasında, tək-tənha rəhmətə getməsi hamının qəlbini göynətdi.

Aktrisa saytımıza açıqlamasında ailə həyatı qurmamasının səbəblərini bu cür izah etmişdi:

\”Mən gurhagur həyatdan gəlib təkliyə düşdüm. Artıq zamanla təkliyə alışıram. Buna görə ağlayıb əlimə dəsmal alımıram, dərd çəkmirəm. Bu, mənim seçdiyim həyatdır. Mən bilmirdim ki, axırım hara gedir? Mən bunu bilirdim, mən bunun üçün hazır idim. Bu da Allahın verdiyi həyatdır. Mən elə uşağlıqdan hiss edirdim ki, nə vaxtsa tək qalacaqam. Etiraf edim ki, təkliyin nə olduğunu indi anlayıram. Təklik mənim üçün deyil, amma yaşamalıyam. Mən teatrda çox tez tanınmışam. Əlbəttə ki, bu milyonların sevgisini heç nəyə dəyişə bilməzdim. Oturmuşam da evimdə. Teatrda nənə də oynayan var, ana da. Özümü yaxşı hiss etdiyim zaman gedib tamaşalara baxıram. O illərin yorğunluğunu yaşayıram. Aylarla rayonlarda qastrol səfərlərində olurduq. Sən də deyirsən ki, sevgini sənətə qurban ver. Hansı ər dözər ki, yoldaşı qastroldadır, 30 gündən sonra gəlib yemək bişirəcək (gülür). Tək qalmağımın səbəbi də elə bu oldu\”.

Aktrisanın həmkarları onun bir dəfə sevgi yaşadığını, lakin övladının tələf olmasından sonra həyatdan tamamilə küsməsini də bildirib.

Evindən ölü tapılan xalq artistimizin yaşadığı binadan REPORTAJ - FOTOLAR

Evindən ölü tapılan xalq artistimizin yaşadığı binadan REPORTAJ - FOTOLAR

Evindən ölü tapılan xalq artistimizin yaşadığı binadan REPORTAJ - FOTOLAR

İnterpress.az