İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Yürüş zamanı Svoboda partiyasının rəhbəri, sağçı lider Oleh Tyahnibok hakimiyyəti Banderaya yenidən \”Ukrayna Qəhrəmanı\” adını verməyə çağırıb.
1909-cu il yanvarın 1-də doğulan Bandera bir çox rusiyalı tərəfindən sərt tənqid olunur. Prezident Vladimir Putin onu \”Hitlerin ortağı\” adlandırmışdı.
Rusiya deyir ki, etnik rusiyalılara neo-nasistlərin təhlükəsinə görə şərqi Ukraynadakı separatçıları dəstəkləyir.
Yürüşçülər Svoboda və Pravıy Sektor partiyalarının millətçi bayraqlarını daşıyıb. Hər iki hərəkat ötən ilin fevral ayında sabiq prezident Viktor Yanukoviçin devrilməsində fəal iştirak edib. Cənab Yanukoviç Moskvanın müttəfiqi idi.
Yürüşdə təxminən 2 500 adamın iştirak etdiyi bildirilir.
Rusiya deyir ki, Kiyevdə keçirilən yürüşdə kremlpərəst Rusiya telekanalı LifeNews jurnalistlərinə hücum edilib. Hadisə ilə bağlı bir nəfər həbs olunub, Ukraynanın Unian xəbər agentliyi bildirir.
Bandera Ukraynada mübahisəli bir şəxsiyyətdir. Cənab Yanukoviç onun \”qəhrəman\” statusunu ləğv etmişdi.
Anti-Sovet döyüşçülərə rəhbərlik etsə də, müharibə zamanı nasistlər Banderanı həbs etmişdilər. 1959-cu ildə o, Münxendə Sovet KQB agenti tərəfindən öldürülmüşdü.
İnterpress.az