İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nəsimi rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib.
Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az