Elmar Məmmədov Kropivnitski şəhərinin meri ilə görüşüb – FOTObackend

Elmar Məmmədov Kropivnitski şəhərinin meri ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az diaspor.az-a istinadən xəbər verir ki, Alyans sədri səfər çərçivəsində Kropivnitski şəhər meri Andrey Raykoviçlə görüşüb.

Görüşdə bir sıra məsələlər müzkairə edilib. Həmçinin, A.Raykoviç şəhərin inkişaf dinamikasının yenilikləri, xüsusilə, yeni modelin hazırlanması və həyata keçirilməsi, yeni layihə çərçivəsində şəhər istilik təchizatı sistemlərinin yenidən tətbiq edilməsi barədə E.Məmmədova məlumat verib.

E.Məmmədov öz növbəsində şəhərin həyatında kommunal və sosial xidmətlərin inkişafının əhəmiyyətindən bəhs edib. O, Kropivnitski şəhərində yaşayan azərbaycanlıların fəaliyyəti ilə maraqlanıb.

Daha sonra E.Məmmədov üçün şəhər üzrə tanışlıq ekskursiyası təşkil olunub.

İnterpress.az

Elmar Məmmədov Kropivnitski şəhərinin meri ilə görüşüb - FOTO