BMT-də Azərbaycanın təşəbbüsü ilə bəyanat verildibackend

BMT-də Azərbaycanın təşəbbüsü ilə bəyanat verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyindən İnterpress.az-a verilən xəbərə görə, bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənib.
Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən səsləndirilən bəyanatda cari ilin avqust ayında BMT-nin Baş Katibi tərəfindən təyin edilməsi gözlənilən BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarından BMT üzv dövlətlərinin gözləntiləri əksini tapıb.

Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır və təyin olunacaq yeni Ali Komissar silahlı münaqişələr nəticəsində yurd-yuvalarından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılır. Təyin olunacaq Ali Komissardan öz fəaliyyəti müddətində BMT Nizamnaməsini rəhbər tutmağa və BMT üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dair gözlənti ifadə olunur.

İnterpress.az