Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a daxil olan məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
Beləki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə tanınmış telejurnalist Pərviz Abubəkirov nazirliyin mətbuat xidmətinə rəhbər təyin edilib.
Qeyd edək ki, P.Abubəkirov ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.
İnterpress.az