Gəncənin icra başçısı güllələndi – TƏCİLİbackend

Gəncənin icra başçısı güllələndi – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

İnterpress.az