Çox üzücü bir hadisədir və hamımız narahatıq. Artıq rəsmi məlumatlar var ki, cinayətkar həbs olunub və şübhəmiz yoxdur ki, bu hadisəni törədən və ya törədənlər qanunun bütün ciddiyəti ilə mühakimə olunacaqlar.
Təbii ki, hadisənin təfərrüatlarını araşdırmaq, detallara aydıınlıq gətirmək bizim işimiz deyil. Bu istiqamətdə hüquq-mühafizə orqanları çalışır və dünən yayılmış açıqlamdan da göründüyü kimi, bütün lazımi əməliyyat-istintaq tədbirləri görülür.
Bizi – dövlətinə bağlı olan vətəndaşları narahat edən həm də başqa məsələdir. Yenə sosial şəbəkələrdə və bəzi saytlarda təxribat xarakterli cızma-qaralar tirajlanır. Bəzi “ağıllı analitiklər” Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə Elmar Vəliyevə sui-qəsd hadisəsi arasında paralellər aparır. Bir-biri ilə yaxından-uzaqdan əlaqəsi olmayan bu iki hadəsinin sırasına sonradan birini də əlavə edənlər oldu – Bakıdakı Alov qüllələrində rəngli işıqların qarışmasını. Guya ki, bu hadisələr biri-birilə əlaqəlidir. Gərək nə qədər gerizəkalı, nə qədər qərəzli və nə qədər təxribatçı olasan ki, bu üç tamamilə fərqli məsələni “zəncirin həlqələləri” kimi təqdim edəsən. Bu, yalnız və yalnız ölkədə süni gərginlik yaratmağa, insanları xof içində saxlamağa yönəlmiş təxribatçı davranışlardır. Bu kimi ziyanverici əməllərlə məşğul olanların əsas məqsədlərindən biri hökumətin “yarıtmazlığı” barədə fikir yaratmaq və guya proseslərin nəzarətdən çıxdığına dair fikir formalaşdırmaqdır. Xeyir, bu dəfə də alınmayacaq. Bu ölkədə nəzarətsiz heç nə yoxdur! İstənilən inkişaf etmiş ölkədə bu və ya digər sahədə qəzalar olur. İri müəssisələrdə, yaşayış binalarında yanğınlar baş verir. İnternetin axtarış imkanlarından istifadə etməklə biz bu vaxta qədər hansı ölkənin elektrik stansiyalarında yanğınların baş verdiyini görə bilirik. Ötən il iyunun 19-da Fransanın Lion şəhərinin yaxınlığındakı “Büje” atom elektrik stansiyasının nüvə reaktorlarının birində yanğın baş verdi. Dünyanın əksər aparıcı KİV orqanları bu təhlükəli hadisə barədə reportajlar yayımladılar. Baxın, Fransa kimi inkişaf etmiş bir ölkə də belə hadisələrdən sığortalanmayıb. Təbii ki, belə misallardan çox sayta göstərmək olar. Sözümüzün canı odur ki, heç yerdə belə hadisələr zamanı panika yaratmağa hesablanan çağırışlara rast gəlinmir. Amma bizim “taxtabaş demokratlar” o saat başlayırlar süni gərginlik yaratmağa hesablanmış açıqlamalar verməyə, statuslar paylaşmağa. Alınmayaq, olmayacaq, imkan verməyəcəyik! İnsanlar şivənçi “vaynerlər”in yaydığı videolara, Avropada tula payı gəzən “bloggerlərin” açdığı müzakirlərə ürək qızdırmırlar. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq.
Əlbəttə, ölkə vətəndaşları ciddi çətinliklərlə üzləşdilər. Hamımız bu və ya digər dərəcədə əziyyət çəkdik. Olsun, dözərik, bir-birimizə dəstək olarıq, yolda qalanı evinə aparar, susuz qalana su verər, çörəyi olmayana əl uzadarıq. Amma imkan vermərik ki, bu ölkədəki sabitliyi kimlərsə pozsun. Heç kəsin də şübhəsi olmasın: Dövlət hər şeyə nəzarət edir!
Artıq hər şey arxada qalıb. Həyat yenə əvvəlki məcrasına dönüb. Allahdan arzu edək ki, Gəncənin icra başçısı da tezliklə öz sağlığına qovuşsun.
Bilirsiz əsas olan nədir? Qəlblərdəki işıq! Təki bu işıq heç vaxt sönməsin!
Ramin Əhmədov
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini
İnterpress.az