İnterpress.az Report-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.
Azərbaycanın maliyyə naziri Samir Şərifov tədbirdə deyib ki, iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi maraqlar çərçivəsində inkişaf edir: \”ABŞ Azərbaycanın regionda həyata keçirdiyi transmilli enerji layihələrinə həmişə dəstək verib\”. O həmçinin iki ölkə arasında həyata keçirilən səfərlərin və dövlət başçılarının bir-birinə ünvanladığı təbriklərin əhəmiyyətindən danışıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Azərbaycan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir.
Daha sonra tədbirdə ABŞ ilə bağlı konsert keçirilib.
İnterpress.az