“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il keçir. Məhz 16 il bundan əvvəl ümummilli ldier Heydər Əliyevin bu qurumu yaratması dünyanın hər yerində olan 50 milyonluq azərbaycanlıların sevincinə səbəb oldu. Bizim bu gün burada diaspora nümayəndələri ilə birlikdə toplaşmağımız sevindirci haldır”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə bağlı keçirilən mərasimdə komitə sədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, komitədə daxili nizam-intizam qaydaları ilə bağlı müəyyən işlər görülüb. Onun sözlərinə görə, komitə rəhbərliyinə gəldikdən sonra diaspor sahəsində müxbət irəliləyişlər müşahidə olunub. O, diaspor sahəsində irəliləyişlərin inkişafı üçün bir neçə xarici ölkələrdə görüşlərin keçirdiyini vurğulayıb. Həmçinin, komitə ilə media nümayəndələrinin sıx əməkdaşlıq etməsi və komitənin buna maraqlı olması qeyd edilib.
F.Muradov diaspor təşkilatlarına da səslənib. O, diaspor təşkilatlarına harada fəaliyyət göstərmələrindən aslı olmayaraq daim birlik nümayiş etdirmələrini tövsiyyə edib: “Hansı ölkədə, hansı yerdə fəaliyyət göstərməyinizdən aslı olmayaraq birləşməlisiniz. Biz də komitə olaraq, sizin hər zaman yanınzıdayıq. Əgər, biz azərbaycanlı olaraq diaspor təşkilatlarında fəaliyyət göstəririksə, deməli, Azərbaycan naminə birləşməliyik. Artıq diaspor sahəsində ruhlanma müşahidə olunur. Hamımız birləşib əlimizdən gələni etməliyik”.
F.Muradov erməni diaspor təşkilatlarının təxribatlarından da söz açıb. Komitə sədri bildirib ki, ermənilər öz çirkin fəaliyyətlərindən əl çəkmək istəmirlər. Buna görə də, o, erməni diaspor təşkilatlarına xəbərdarlıq edib: “Bizim torpaqlarımız ermənilərin işğalı altındadır. Ona görə də, biz diaspor olaraq birləşməli və düşmənin təxribatlarına aldanmamalıyıq. Erməni lobbisinin xaricdə törətdiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür. Eyni zamanda, bizim diaspor təşkilatlarının yanında türkdilli ölkələrin diasporları da var. Onlar da öz köməkliklərini göstərirlər. Ermənistanın təxribatçı diaspor təşkilatları bilsinlər ki, biz istənilən anda onlara ağır zərbələr vura bilərik”.
İnterpress.az