Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Nigar Murtuzəli qızı Ömərova yanvar ayının 1-i axşam saat 20:30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 11-ci sinif şagirdi olan N. Ömərova valideynləri ilə mübahisə etdikdən sonra evdə olan müxtəlif dərmanlar qəbul etdikdən sonra zəhərlənib.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nigar Ömərovaya lazımi tibbi yardım göstərilib və hazırda onun vəziyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
İnterpress.az