AMİP-in baş katibi Gəncə iğtişaşları haqqında bunları dedi- AÇIQLAMAbackend

AMİP-in baş katibi Gəncə iğtişaşları haqqında bunları dedi- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakimiyyətlə kəskin opponentliyinə baxmayaraq AXP sədri Pənah Hüseyn və Müsavat partiyasının başqanı Arif Hacılı bu iğtişaşları pisləyən bəyanat yayıblar.

Onların sırasına AMİP-in baş katibi Arzuxan Əlizadə də qoşulub. İnterpress.az xəbər verir ki, Arzuxan Əlizadə Gəncə iğtişaşları ilə bağlı aşağıdakı bəyanatı yayıb:

\”Sivil müxalifət sıxışdırılıb sıradan çıxarıldıqca meydanı radikal dini kəsimin tutacağını hər zaman demişik, bu gün də o fikirdəyəm. Lakin Gəncədə baş verən hadisələrin arxasında dini cərəyanların dayandığını düşünmürəm. Olayların arxasında dini amili qabartmaqla diqqəti özündən yayındırmağa çalışan daha ciddi qüvvələrin olduğu fərqindəyəm. Əminəm ki, hüquq mühafizə orqanlarının araşdırmaları hadisələrin arxasında dayanan əsas oyunçuları meydana çıxaracaq. İstənilən halda öz vəzifə borcunu yerinə yetirən polis zabitlərinin qətlə yetirilməsi dövlətimizin dayaqlarını sarsıtmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Şəhid olan polislərimizə Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına başınız sağ olsun deyirəm! Bu günlərdə siyasi mövqeyindən asılı olmayaraq hər kəsi hadisələri düzgün qiymətləndirərək obyektiv mövqe bildirməyə və dövlətimizin yanında olmağa çağırıram. Azərbaycan dövlətçiliyini qorumaq hər birimizin şərəfli borcudur. Tanrı Vətənimizi qorusun!\” (musavat)

İnterpress.az