Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin aeronavtika və kosmonavtika sahəsi üzrə ixtisaslaşmış “Turkish Aerospace” şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə İnterpress.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Y.Musayev Azərbaycan ilə qardaş Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.
Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verib və Türkiyənin müvafiq qurumları ilə sahə üzrə mövcud əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair geniş müzakirələr aparılıb.
İnterpress.az