Son 8 il ərzində iqtisadi və maliyyə böhran yaşayan Yunanıstan üçün bu fəlakət növbəti ağır zərbə oldu. Bunu REAL-a ekskluziv müsahibəsində Yunanıstanda baş verən yanğın və daşqınları şərh edən bu ölkınin Azərbaycandaki səfiri Nikolaos Kanellos deyib.
“Bu cür hallarda bütün hissləri ifadə etmək mümkün deyik,mən Bakidan Yunanıstana tətil üçün getdiyimdə bu faciyə ilə üzləşdim, mənim uşaqlığımın keçdiyi yerlərinin, Attikanın məhv olunmasını görmək çox çətin idi. Mən Atika ərazilırini yaxşı tanıyıram. Əlbəttə, hökümət dərhal tədbirlər görməəyə başlayıb. Hazırda biz vəziyyəti nəzarətə götürə bilmişik”, – səfir bildirb.
Qeyd edək ki, Yunanıstanda bu həftənin əvvəlindən bir neçə güclü yanğın baş verib. Bu yanğınların qurbanlarının sayı 82 nəfər çatıb. Ölkənin Attika vilayətində fövqəladə rejim elan olunub. Ölkənin baş naziri Aleksis Tsipras Yunanıstanda üç günlük matəm elan edib. Yunanıstan Prokurorluğu yanğının baş vermə səbəblərini araşdırır.
İnterpress.az