“Xəzərin statusu ilə bağlı İran nəşrlərinin iddiaları təxribatdır” – AMİP-çi Elşən Mustafayevbackend

“Xəzərin statusu ilə bağlı İran nəşrlərinin iddiaları təxribatdır” – AMİP-çi Elşən Mustafayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ ilə bağlı AzNews.az saytına danışan AMİP-in Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, İran 90-cı illərdən bu günə qədər Xəzərin bölünməsinə qarşı çıxan dövlət olub. Burada məsələ qonşuluqda olan Azərbaycanın iqtisadi cəhətdən güclənməsinin qarşını almaqdır:

“Xəzər İranın iddia edildiyi kimi bölünsə, Azərbaycanın neft və qaz ehtiyatları neytral sularda qalır. Bilirsiniz ki, Xəzər dəniz deyil, rəsmi statusu göldür. Göl də sektorlara bölünməlidir. Bu bölünmə də qaydalara uyğundur. Beynəlxalq təşkilatlar tərəfindən də bu təsdiq olunub. Göllərin və dənizlərin qəbul olunmuş bir tərifi var. İrana kim ixtiyar verib ki, Xəzərin statusunu dəyişsin?”

E.Mustafayev qeyd edib ki, İranın bu məsələni qaldırmaqda bir neçə məqsədi ola bilər:

“ Əvvəla, bilirsiniz ki İranın beynəlxalq aləmlə çox ciddi münaqişələri var. İran ABŞ və Qərb dövlətləri tərəfindən təzyiq altındadır. Hətta Obama hakimiyyəti dövründə İranla razılaşması oldu və bundan sonra İrana qarşı sanksiyaları qaldırdı. Tramp isə bu sazişi ləğv edib, sanksiyaları yenidən bərpa etdi.

İran da çətin vəziyyətdə qaldığı üçün bu məsələyə əl atıb. Ümumiyyətlə, bu şəkildə təzyiq altında olan dövlətin Xəzərə hüquqi sahiblik iddiası qaldırması gülünc məsələdir. İkinci halda bölgüdə Xəzərin Azərbaycana düşən hissəsində neft yataqları var. Ona görə də iddia edir ki, bölgü düzgün aparılmayıb.”

E.Mustafayev onu da vurğulayıb ki, Xəzərin 50 faiz bölünməsi mümkünsüz haldır:

“Bu cür bölgüyə nə Azərbaycan, nə Qazaxıstan, hətta, Azərbaycanla münasibətləri tam korlamamaq üçün Rusiyanın özü də getməyəcək. Mən İran nəşrlərinin məqalələrini növbəti təxribat kimi dəyərləndirirəm.“

İnterpress.az