Bu gün geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
İnterpress.az Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycana rəsmi səfərə gəlib.
İnterpress.az