Xəzərlə bağlı işçi qrupu yekun kommünike qəbul etdibackend

Xəzərlə bağlı işçi qrupu yekun kommünike qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

İşçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

XİN-nin məlumatında deyilir: \”İclasın gedişində tərəflər Beşinci Xəzər sammitinin sənədlərini hazırlamaq üzrə işləri yekunlaşdırıblar, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün gündəliyini müzakirə edib və razılaşdırıblar. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair danışıqlar prosesinin başa çatması ilə əlaqədar tərəflər çoxillik birgə iş zamanı əldə etdikləri nəticələri böyük məmnuniyyətlə qeyd ediblər. Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirərək, Qazaxıstana yekun görüşün yüksək səviyyədə təşkil edilməsi üçün təşəkkürlərini bildiriblər\”.

İnterpress.az