İmtahanların nəticələri yaxın günlərdə elan olunacaqbackend

İmtahanların nəticələri yaxın günlərdə elan olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı və eksternat qaydada buraxılış imtahanı keçirilib.

Bütün imtahan mərkəzlərində imtahanlar təlimata uyğun olaraq keçirilib, şagird və abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 3-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın “Facebook” səhifəsində yerləşdiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.İ xtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı \”Abituriyent\” jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı \”Abituriyent\” jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı \”Abituriyent\” jurnalında dərc olunub.

Qeyd edək ki, bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etmir.

İnterpress.az