DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açıqlamada bildiri ki, son günlər bəzi yerli KİV-də Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt yer alıb.
\”Orada göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir\”, – deyə DGK-nın mətbuat xidmətinin açıqlamasında bildirilir.
İnterpress.az